SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Bölgələrdən Bakıya qayıdan sürücülərə XƏBƏRDARLIQ

Bölgələrdən Bakıya qayıdan sürücülərə XƏBƏRDARLIQ

  • 11 noyabr 2025, 11:02

Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti iştirakçılarına müraciət edib.

İdarədən Yurd.Media-ya bildirilib ki, bayramlarla əlaqəli qeyri-iş günlərində bölgələrə səfər etmiş əhalinin daimi yaşayış yerlərinə qayıtması ilə yollarında hərəkət intensivliyi artacaqdır.

Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edərək tətil günlərinin xoş əhvali-ruhiyyə ilə başa çatması üçün təhlükəsizlik qaydalarına əməl etməyi, mümkün qədər günün işıqlı vaxtı yola çıxmağı, yorğun, yuxusuz sükan arxasına əyləşməməyi xahiş edir:

"Xüsusilə, sürücüləri yola çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməyə, yol və hava şəraitini düzgün qiymətləndirməyə, yolboyu ötmə və manevretmə qaydalarına, sürət rejiminə ciddi əməl etməyə çağırırıq".

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları