SÜJET
Azərbaycanda bir sıra məktəbəqədər təhsil müəssisələrində təmir və abadlıq işləri aparılacaq.
Yurd.Media "Trend"ə istinadən xəbər verir ki, qeyd olunan işlər çərçivəsində kommunal-kommunikasiya sahəsində də işlər həyata keçiriləcək.
Artıq bununla bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsində müvafiq işlərə start verilib.
Nazirlik hələlik bu işlərin hansı məktəbəqədər təhsil müəssisələrində aparılacağını açıqlamasa da, qeyd olunan işlərin ümumilikdə 9.8 milyon manata başa gələcəyi proqnozlaşdırılır.
Eyni zamanda, nazirlik hazırda bu işləri icra edəcək şirkəti müəyyənləşdirmək üçün axtarış aparır.