SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Biləsuvarda narkokuryer saxlanıldı

Biləsuvarda narkokuryer saxlanıldı

  • 08 iyul 2025, 10:20
Biləsuvar

Cəbrayıl Rayon Polis Şöbəsi tərəfindən növbəti əməliyyat keçirilib, marixuana və tiryək aşkarlanıb.

Yurd.Media xəbər verir ki, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Biləsuvar rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri keçirilib.

Tədbir zamanı şübhəli bilinən Vüqar Quluzadə saxlanılıb. Onun idarəsində olan nəqliyyat vasitəsindən 2 kiloqramdan artıq marixuana və tiryək aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, V.Quluzadə barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Prime Leasing