SÜJET

Böyük Qayıdış Süni intellekt Kiberdələduzluq Qeyri-sabit hava Erməni hərbi cinayətkarların məhkəməsi
BDYPİ valideynlərə MÜRACİƏT ETDİ

BDYPİ valideynlərə MÜRACİƏT ETDİ

  • 21 may 2025, 13:31

"Valideyn olaraq övladımıza sükan təqdim edərkən, yalnız bir vasitə deyil - bir öhdəlik də vermiş oluruq".

Yurd.Media xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb:

"Avtomobilin idarə olunması yalnız texniki bacarıq deyil, qaydalara hörmət, təhlükəsizliyə yanaşma və cəmiyyət qarşısında məsuliyyət tələb edir.

Avtomobil açarı ilə yanaşı məsuliyyət də verilməlidir. Əgər bu dəyərlər öyrədilmirsə, hədiyyə etdiyimiz sükan bir gün təəssüf və peşmanlıqla xatırlanacaq qərara çevrilə bilər.

Unutmayaq: sürmək hüquqdur. Təhlükəsiz davranmaq isə borcdur".