SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Bazarda aparlan tikinti gediş-gəlişi iflic edib - VİDEO

Bazarda aparlan tikinti gediş-gəlişi iflic edib - VİDEO

  • 31 may 2026, 21:43
Bakı

Suraxanı bazarının ərazisində iri həcmli tikinti işləri aparılır.

Yurd.Media xəbər verir ki, Suraxanı rayonunun Əmircən qəsəbəsinin sakinləri iddia edirlər ki, bazara bitişik ərazidə əvvəllər anbar yerləşib.

Həmin ərazi təmizləndikdən sonra burada yeni tikili inşa edilməyə başlanıb. Sakinlərin sözlərinə görə, tikinti işləri gediş-gəlişə çətinlik yaradır və piyada səkilərinin bir hissəsi zəbt olunur.

Ərazidə fəaliyyət göstərən satıcılar da tikilinin bazar ərazisinə aid olduğunu təsdiqləyiblər.

Onların sözlərinə görə, tikintiyə bir neçə il əvvəl başlanılıb, lakin 2024-cü ildə işlər dayandırılıb.

"Suraxanıbazar" ASC-nin nümayəndəsi "Xəzər Xəbər"ə bildirib ki, sözügedən tikintinin aparılması 2024-cü ildə müvafiq icazə sənədləri olmadığı üçün dayandırılmışdı. Hazırda isə sənədlər aidiyyəti qurumlarla razılaşdırılıb və tikinti işlərinin davam etdirilməsi üçün zəruri prosedurlar yerinə yetirilib.

Bazarda aparlan tikinti gediş-gəlişi iflic edib - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları