SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Banklar Müdafiə Sənayesi Nazirliyindən məktub tələb edə biləcək

Banklar Müdafiə Sənayesi Nazirliyindən məktub tələb edə biləcək

  • 04 may 2026, 13:26

Azərbaycan bankları müdafiə təyinatlı malların ölkəyə idxalı üçün avans ödənişini qəbul etmək üçün Müdafiə Sənayesi Nazirliyindən məktub tələb edə biləcək. 

Yurd.Media xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin "Rezidentlərin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"nda etdiyi dəyişiklikdə öz əksini tapıb. 

Qurumun sədri Taleh Kazımovun imzaladığı qərara əsasən, söhbət döyüş təyinatlı hərbi texnika, hərbi silah, döyüş sursatı, onların layihələndirilməsi və istehsalı üçün avadanlıq, dəstləşdirici və ehtiyat hissələr, həmçinin elmi-texniki məlumat, xammal, material və texnologiyalar üçün avans ödənilməsindən gedir. Məktubun surəti bankda saxlanılacaq.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları