SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Bakının səki və parklarının abadlığına 65 milyon manat xərclənəcək

Bakının səki və parklarının abadlığına 65 milyon manat xərclənəcək

  • 29 yanvar 2026, 21:28
Bakı

Paytaxtda bir sıra abadlıq işləri ilə bağlı irihəcmli layihəyə start verilir.

Yurd.Media xəbərBakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısının tabeliyində təsərrüfat hesablı “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti səkilərdə, həyətlərdə, park və bağlarda abadlıq yenidənqurma və təmir işləri ilə bağlı hazırlıqlara başlayıb.

Belə ki, sözügedən işlər Nərimanov, Nəsimi, Səbail, Xətai, Sabunçu, Nizami, Yasamal, Binəqədi, Suraxanı, Xəzər, Qaradağ və Pirallahı rayonlarını əhatə edəcək.

Paytaxt ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda abadlıq yenidənqurma və təmir işlərinə 65 milyon manat vəsaitin sərf olunacağı proqnozlaşdırılıb.

//İqtisadiyyat.az

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları