Bakıda yataqxanada baş verən yanğından 3 nəfər xilas olunub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən Yurd.Media-ya bildirilib ki, Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində yerləşən binada baş vermiş yanğın qısa müddətdə söndürülüb.
FHN qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunublar.
Bakı Slavyan Universitetinin məcburi köçkünlərin yaşadığı yataqxanasının eyvanında yanar konstruksiyalar yanıb.