Xalq artisti, "Şöhrət" ordenli aktrisa Şükufə Yusupova ağır yol qəzasına düşüb.
Yurd.Media xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.
TƏBİB-dən bildirilib ki, xalq artisti Kliniki Tibbi Mərkəzə yerləşdirilib, vəziyyəti ağırdır.
Bildirilib ki, xəstəyə dərhal ilkin zəruri tibbi xidmətlər göstərilib və müayinələr aparılıb.
"Aparılan müayinələrin nəticələrinə əsasən pasiyentə çanaq və qabırğanın sınıqları diaqnozları təyin edilib.
Hazırda xəstənin vəziyyəti ağır qiymətləndirilir, müalicəsi Reanimasiya şöbəsində davam etdirilir", - məlumatda qeyd olunub.