SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Bakıda tıxacların azaldılması üçün iş qrafikləri necə dəyişəcək? - VİDEO

Bakıda tıxacların azaldılması üçün iş qrafikləri necə dəyişəcək? - VİDEO

  • 14 iyun 2026, 13:43
Bakı

Hazırda Bakıda nəqliyyat sıxlığının və tıxacların azaldılması istiqamətində müxtəlif təkliflər müzakirə olunur. Bu tədbirlərdən biri kimi dövlət qurumları, təhsil və tibb müəssisələri, eləcə də digər hüquqi və fiziki şəxslər üçün dəyişkən iş qrafikinin tətbiqi nəzərdə tutulur.

"2025–2030-cu illər üçün Dövlət Proqramı"na əsasən, dövlət orqanlarının, təhsil və səhiyyə müəssisələrinin, həmçinin digər təşkilatların fəaliyyətinin dəyişkən iş qrafiki əsasında təşkili planlaşdırılıb. Proqrama uyğun olaraq, bu mexanizmin 2026-cı ildən etibarən tətbiqinə başlanılması nəzərdə tutulur.

"ARB Xəbər"in materialına görə, aparılan təhlillərin yaxın vaxtlarda yekunlaşacağı gözlənilir. Bundan sonra Nazirlər Kabineti tərəfindən təsdiqlənəcək siyahılar əsasında qurumlarda dəyişkən iş rejiminin təşkili həyata keçiriləcək.

Mütəxəssislər hesab edirlər ki, iş saatlarının fərqli vaxtlarda başlaması və başa çatması pik saatlarda nəqliyyat yükünün azalmasına, nəticədə isə şəhərdə tıxac probleminin qismən həllinə kömək edə bilər.

Bakıda tıxacların azaldılması üçün iş qrafikləri necə dəyişəcək? - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları