SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi
Bakıda quyulardan çəkilən çirkabı atmağa yer tapılmır  - VİDEO

Bakıda quyulardan çəkilən çirkabı atmağa yer tapılmır - VİDEO

  • 23 noyabr 2025, 21:24

Bir qrup sürücü quyulardan çəkilən çirkabı boşaltmağa yer tapa bilmir.

Yurd.Media xəbər verir ki, bu iddia ilə çirkab maye daşınması ilə məşğul olan şəxslər müraciət ediblər.

El arasında "şambo" kimi tanınan quyulardan çirkab suları xüsusi maşınlarla çəkirlər. Lakin həmin çirkabı atmağa yer tapmırlar. Hətta müxtəlif yerlərə boşaltdıqları vaxt qanunsuz olduğu üçün cərimələniblər.

Sürücülər "Xəzər Xəbər"ə deyirlər ki, bu çirkab üçün xüsusi yerlər ayrılsa, rahat şəkildə oraya axıda bilərlər.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, tullantı suları "şambo"lardan çəkən maşınların sahibləri VÖEN təqdim etməklə Bakı Sukanal İdarəsi ilə öncədən müqavilə bağlamalıdırlar. Bu müqavilə əsasında qüvvədə olan tarif qiymətinə uyğun ödəniş edilməklə maşındakı məhlul hər hansı çirkab təmizləyici qurğuların əməkdaşına təqdim edilməlidir. Yükün həqiqətən çirkab su olduğu müəyyənləşdirildikdən sonra maşının sahibi onu təyin olunmuş kanalizasiya kollektoruna axıda bilər.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları