SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Bakıda piyada keçidində qadını maşın vurdu

Bakıda piyada keçidində qadını maşın vurdu

  • 07 may 2025, 15:24
Bakı

Bakı şəhəri, Səməd Vurğun küçəsində piyadanı avtomobil vurub.

Yurd.Media xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, 90-OU-858 dövlət nömrə nişanlı "Chevrolet Malibu" markalı avtomobilin qadın sürücüsü piyada keçidindən keçmək istəyən həmcinsini vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri almış qadın Sabunçu Tibb Mərkəzinə çatdırılıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları