SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
“AzerGold”un maliyyə hesabatı - mənfəəti də artıb, öhdəlikləri də

“AzerGold”un maliyyə hesabatı - mənfəəti də artıb, öhdəlikləri də

  • 25 iyun 2026, 16:11

“AzerGold” QSC 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Yurd.Media xəbər verir ki, səhmdar cəmiyyəti ötən il 82,1 milyon ABŞ dolları xalis mənfəət əldə edib.

Bu, əvvəlki illə müqayisədə 2,5 dəfə çoxdur.

Bu ilin əvvəlinə “AzerGold”un aktivləri ötən ilin əvvəlinə nisbətən 20,35% çox – 573,6 milyon dollar təşkil edib.

Şirkətin öhdəlikləri 84,6 milyon dollar (10% çox), balans kapitalı isə 489 milyon dollar (22,3% çox), o cümlədən nizamnamə kapitalı 163,7 milyon manat (4,5 dəfə çox) olub.

Skat.az - Ev və Avtomobil elanları