SÜJET

Qeyri-sabit hava Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Azərbaycanla İran Araz çayının su ehtiyatlarına dair iclas keçirib

Azərbaycanla İran Araz çayının su ehtiyatlarına dair iclas keçirib

  • 31 may 2025, 19:37

Bakıda Azərbaycan və İran nümayəndələrinin iştirakı ilə Araz çayının su və enerji ehtiyatlarının istismarı üzrə Daimi Birgə Komissiyanın 54-cü iclası keçirilib.


Yurd.Media xəbər verir ki, görüşdə tərəflər əvvəlki sənədlərin müddəalarını, sərhəd və birgə bəndlərdəki ehtiyatların həcmini və cari ildə sərhədin hər iki tərəfinin suya olan tələbatını əsas gətirərək Araz çayının su ehtiyatlarının optimal istismarı üçün lazımi plan və sazişlər aparıblar.


Qeyd edilib ki, iclasda qəbul edilən qərarlar iki ölkənin icra gündəliyinə daxil ediləcək.

Prime Leasing