SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Azərbaycanın sığorta şirkətində yeni rəhbər TƏYİNATI

Azərbaycanın sığorta şirkətində yeni rəhbər TƏYİNATI

  • 16 oktyabr 2025, 21:09

Azərbaycanda sığorta sahəsində yeni rəhbər təyinatı gerçəkləşib.

Yurd.Media xəbər verir ki, Rüstəm Məmmədov "PAŞA Sığorta"nın İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub.

Rüstəm Məmmədov sığorta sektorunda 9 ildən artıq, ümumilikdə isə marketinq və biznesin inkişafı sahəsində 15 ilə yaxın təcrübəyə malikdir. O, 2016-cı ildən etibarən “PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərərək mühüm layihələrə rəhbərlik edib. 2018-ci ilin yanvar ayından bu günədək isə İdarə Heyətinin üzvü və Baş Əməliyyat İnzibatçısı vəzifəsini icra edib.

Rüstəm Məmmədov 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr dərəcəsini, 2008-ci ildə İstanbul Universiteti İctimai Elmlər İnstitutunda Marketinq ixtisası üzrə magistr dərəcəsini, 2015-ci ildə isə İspaniyanın IE Business School ali təhsil müəssisəsində Executive MBA (Master of Business Administration) proqramını bitirib.

Prime Leasing
SPE Annual Caspian