"Premium Bank" ASC bu ilin I yarısının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Bank yanvar-iyun aylarında 9,3 milyon manat mənfəət əldə edib.
Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 47,8% çoxdur.
Bu il iyulun əvvəlinə "Premium Bank"ın aktivləri ötən il iyulun əvvəlinə nisbətən 3,1% çox - 668,2 milyon manat, o cümlədən kredit portfeli 4,4% çox - 487,6 milyon manat təşkil edib. Bankın öhdəlikləri 474,1 milyon manat (4,3% çox), o cümlədən depozit portfeli 392,4 milyon manat (6,6% çox), balans kapitalı isə 194,1 milyon manat (0,1% çox), o cümlədən nizamnamə kapitalı 174,6 milyon manat (dəyişməyib) olub.