SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Azərbaycanın qızıl ehtiyatı ARTDI

Azərbaycanın qızıl ehtiyatı ARTDI

  • 23 iyul 2025, 15:14

Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) qızıla yatırılan investisiyanın həcmini artırıb.

Yurd.Media xəbər verir ki, bu barədə ARDNF məlumat yayıb.

Bildirilib ki, 2025-ci ilin I yarımilində fondun investisiya portfelinin 19 milyard 133.2 milyon dollarlıq hissəsini (28.8%) qızıl investisiyaları təşkil edib. Altı ay ərzində ARDNF qızıla olan investisiyalarını 6 milyard 778.6 milyon ABŞ dolları artırıb. Belə ki, ötən ilin sonunda fondun investisiya portfelinin 12 milyard 354.6 milyon dollarlıq ABŞ dollarlıq hissəsini (20.6%) qızıl investisiyaları təşkil edib.

Qeyd edək ki, ARDNF bu ilin II rübündə 15.8 ton qızıl alıb. Belə ki, 2025-ci il aprelin 1-nə fondun qızıl ehtiyatı 165.3 ton təşkil etdiyi halda bu il iyulun 1-nə bu rəqəm 181.1 tona qədər yüksəlib. Ümumilikdə ARDNF 2025-ci ilin əvvəlindən indiyə kimi 34.5 ton qızıl alıb.

Prime Leasing