Naxçıvan Muxtar Respublikasının Kəngərli Rayon İcra Hakimiyyətində “1 Mart – Ümumdünya Mülki Müdafiə Günü” münasibətilə tədbir keçirilib.
Yurd.Media xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin əməkdaşları, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri, icra nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər.
Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini, Fövqəladə Hallar Komissiyasının sədri Hacırəddin Mehbalıyev çıxış edərək bildirib ki, mülki müdafiə əhalinin təhlükəsizliyinin təmin olunmasında, fövqəladə halların qarşısının alınmasında və nəticələrinin aradan qaldırılmasında mühüm rol oynayır:
"Bu istiqamətdə maarifləndirmə tədbirlərinin keçirilməsi, əhalinin hazırlıq səviyyəsinin artırılması xüsusi əhəmiyyət daşıyır".
Daha sonra Hüquq və kadr məsələləri sektorunun müdiri Rəşad Həsənzadə mövzu ətrafında çıxış edib. O, bildirib ki, fövqəladə hallara hazırlıq, operativ reaksiya və koordinasiyalı fəaliyyət təhlükəsizliyin əsas şərtlərindən biridir.
Sonda tədbir iştirakçıları ilə fikir mübadiləsi aparılıb, qarşıda duran vəzifələr bir daha diqqətə çatdırılıb.

