Bu ilin noyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və qeyri-banklar tərəfindən inşaat və tikinti sektoruna qoyulmuş kreditlərin həcmi 1,832 milyard manata çatıb.
Yurd.Media xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının(AMB) məlumatına görə, bu göstərici aylıq müqayisədə 12,3 milyon manat və ya 0,7% çox, ötən ilin eyni dövrü ilə müqayisədə isə 81,4 milyon manat və ya 4,2% azdır.
Qeyd edək ki, ümumilikdə, bu ilin noyabrın 1-nə Azərbaycanda real sektora kredit qoyuluşu üzrə kredit portfeli 31,714 milyard manat təşkil edib.
Bu da aylıq müqayisədə 144,3 milyon manat və ya 0,5%, 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə isə 3,4 milyard manat və ya 12,1% artım deməkdir.
@İqtisadiyyat.az