SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Azərbaycanda seçicilərin sayı AÇIQLANDI

Azərbaycanda seçicilərin sayı AÇIQLANDI

  • 26 may 2025, 17:58

Azərbaycanda seçicilərin sayı açıqlanıb.

Yurd.Media Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov ölkə üzrə seçici siyahılarının dəqiqləşdirilməsinin yekunu ilə bağlı keçirilən iclasda məlumat verib.

O bildirib ki, ölkədə səsvermə hüququ olan 6 302 093 şəxs var:

"Onların üç milyona yaxını kişi, üç milyondan çoxu isə qadınlardır".

M.Pənahov, həmçinin qeyd edib ki, 28 390 nəfər bu il səsvermə hüququ qazanıb.

Bundan başqa, MSK sədri Azərbaycanda səsvermə hüququ olan məcburi köçkünlərin sayını da açıqlayıb.

O bildirib ki, hazırda ölkə ərazisində 398 899 nəfər məcburi köçkün seçici var.

Prime Leasing
SPE Annual Caspian