SÜJET

Ağ Evdə 8 avqust görüşləri Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq
Azərbaycanda bu avtomobillər UCUZLAŞDI

Azərbaycanda bu avtomobillər UCUZLAŞDI

  • 18 avqust 2025, 00:19

Avtomobil bazarında üstünlük qazanan Çin istehsalı maşınlarda ciddi ucuzlaşma qeydə alınıb.

Yurd.Media-nın Xəzər TV-yə istinadən məlumatına görə, elan saytlarında son iki ayda bu avtomobillərin qiymətində 4 min manata yaxın eniş müşahidə edilir.

Məsələ ilə bağlı nəqliyyat eksperti Yasin Mustafayev bildirib ki, hazırda ölkəyə gətirilən Çin avtomobillərinin 70 faizdən çoxu qeyri-rəsmi idxalçıların payına düşür. Yalnız 30 faizi isə rəsmi dilerlər vasitəsilə, birbaşa zavoddan və zəmanətlə satılır. Onun sözlərinə görə, qeyri-rəsmi idxalçılar arasında rəqabət artdığı üçün qiymətlərdə gündən-günə eniş baş verir.

Ekspert əlavə edib ki, belə avtomobillərə zəmanət təqdim olunmur. Bu səbəbdən də hər hansı zavod qüsuru və ya nasazlıq yarandıqda xərcləri avtomobil sahibi özü ödəməli olur.

Ətraflı süjetdə:

Prime Leasing