SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
Azərbaycan Sənaye Bankının xalis mənfəəti 1% azalıb

"Azərbaycan Sənaye Bankı"nın xalis mənfəəti 1% azalıb

  • 13 aprel 2026, 15:41

"Azərbaycan Sənaye Bankı" ASC (ASB) bu ilin I rübünün yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb. 

Yurd.Media xəbər verir ki, bank yanvar-mart aylarında 1,7 milyon manat xalis mənfəət əldə edib. 

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1% azdır. 

Bu il aprelin əvvəlinə ASB-nin aktivləri ötən il aprelin əvvəlinə nisbətən 11,4% çox - 886,4 milyon manat, o cümlədən xalis kredit portfeli 24,9% çox – 375,35 milyon manat təşkil edib. Bankın öhdəlikləri 756,1 milyon manat (12,3% çox), o cümlədən depozit portfeli 520,5 milyon manat (7,7% çox), balans kapitalı isə 130,3 milyon manat (6,2% çox), o cümlədən nizamnamə kapitalı 60 milyon manat (dəyişməyib) olub. 

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları