Azərbaycan Premyer Liqasının XXIII turunda bu gün daha oyun keçiriləcək.
Yurd.Media xəbər verir ki, günün ilk qarşılaşmasında avrokuboklara iddialı olan "Zirə" autsayderlər sırasından qurtulmağa çalışan "Kəpəz"i qəbul edəcək.
Zirə İdman Kompleksinin stadionunda keçiriləcək matç saat 18:30-da başlayacaq.
Ardınca isə son turlar yüksəlişdə olan "Neftçi" "Palms Sports Arena"da "Turan Tovuz"u sınağa çəkəcək. Sözügedən qarşılaşmanın start fiti saat 20:30-da səslənəcək.
"Turan Tovuz" 41 xalla turnir cədəlinin üçüncü pilləsində qərarlaşıb. "Zirə" 38 xalla dördüncüdür. "Neftçi" 31 xalla yeddinci, 16 xala malik "Kəpəz" isə onuncudur.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Sumqayıt" "Karvan-Yevlax"la (1:1), "Şamaxı" isə "İmişli" (0:0) ilə bərabərə qalıb. "Qarabağ" isə "Araz-Naxçıvan"ı məğlub edib.