SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Azərbaycan ərazisindən keçməklə Ermənistana növbəti dəfə Rusiya taxılı göndərilib

Azərbaycan ərazisindən keçməklə Ermənistana növbəti dəfə Rusiya taxılı göndərilib

  • 09 mart 2026, 11:21

Bu gün Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə ümumi çəkisi 488 ton olan 7 vaqon taxıl göndərilib.

Yurd.Media xəbər verir ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycan ərazisi vasitəsilə tranzit qaydada 21 min tondan çox taxıl daşınıb. Bu həcmdə yük ümumilikdə 302 vaqonla daşınaraq təyinat məntəqəsinə çatdırılıb.

Bununla yanaşı, eyni marşrut üzrə 610 ton gübrə də daşınıb ki, bu da 9 vaqon vasitəsilə həyata keçirilib.

Qeyd edək ki, sonuncu dəfə fevralın 4-də Azərbaycan ərazisindən keçməklə Ermənistana 560 ton Rusiya taxılı daşıyan 8 vaqondan ibarət yük qatarı yola salınıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları