SÜJET
Azərbaycan Güləş Federasiyasının (AGF) sabiq vitse-prezidenti Cavanşir Qurbanov vəfat edib.
Yurd.Media xəbər verir ki, Əməkdar bədən tərbiyəsi və idman xadimi 78 yaşında dünyasını dəyişib.
Cavanşir Qurbanov "Cabir Novruz" Mədəniyyət Fondunun prezidenti, 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordenli, beynəlxalq dərəcəli hakim, Yasamal Rayon Ağsaqqallar Şurasının sədri olub.
O, 1992-ci ildən Milli Olimpiya Komitəsinin üzvü, 1995-2006-cı illərdə AGF-nin I vitse-prezidenti, 2006-2017-ci illərdə qurumun regionlar üzrə vitse-prezidenti olub. 2002-ci ildə Bakı şəhərində sərbəst güləş üzrə Avropa çempionatının, 2004-cü ildə Dünya Kubokunun və 2006-cı ildə kişilər arasında sərbəst, yunan-roma və qadınların sərbəst güləş üzrə Qızıl Qran-pri beynəlxalq turnirinin final mərhələsinin Təşkilat Komitəsinin sədr müavini olub.
Qeyd edək ki, Cavanşir Qurbanov nəğməkar-şair Cəlal Qurbanovun atasıdır.