SÜJET

Ağ Evdə 8 avqust görüşləri Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq
Azərbaycan gəncləri Youth Impact Beynəlxalq Forumunda

Azərbaycan gəncləri "Youth Impact" Beynəlxalq Forumunda

  • 28 may 2025, 11:22

Azərbaycan gəncləri Türkiyədı təşkil olunan nüfuzlu "Youth Impact" Beynəlxalq Forumunda təmsil olunublar.

Yurd.Media xəbər verir ki, İstanbul şəhərində BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri proqramı və Kanadanın Qlobal Dialoq və Liderlik Mərkəzinin (CGDL) təşkilatçılığı ilə keçirilən tədbirdə Bakı Dövlət Universitetinin magistrləri Səidə Cəfərova və Elnarə Əsgərova qatılıblar.

40-dan çox ölkədən 100-dən artıq gənc lider və mütəxəssisin bir araya gəldiyi Foruma təqaüd qazanan Azərbaycan gəncləri strateji müzakirələrə və liderlik yönümlü proqramlarda fəallıqları ilə seçiliblər, BMT nümayəndələri, diplomatik dairələr və beynəlxalq gənclər şəbəkələri ilə birbaşa görüşlərdə Azərbaycan gəncliyinin səsini çatdıraraq regional əməkdaşlığın gücləndirilməsini vurğulayıblar.

Forum çərçivəsində dövlətlərin mədəniyyətlərinin tanıdılmasına həsr olunmuş hissəsində Azərbaycanlı gənclər “Bayatı Şiraz” və “Qarabağ şikəstəsi” sədaları ilə Azərbaycan bayrağını nümayiş etdirib, mədəniyyət, tolerantlıq, multikulturalizm ölkəsi olan Azərbaycan haqqında forum iştirakçılarına məlumat veriblər.

Qeyd edək ki, Səidə Cəfərova hazırda BMTİP (UNDP) əməkdaşı, Elnarə Əsgərova isə deputat Naqif Həmzəyevin köməkçisidir.

Prime Leasing