Azərbaycan Mərkəzi Bankı (AMB) “Bank olmayan kredit təşkilatları (BOKT) haqqında” qanuna əsasən bu növ maliyyə qurumlarında kənar auditin aparılmasına dair minimum tələbləri təsdiqləyib.
Yurd.Media xəbər verir ki, tələblərə əsasən, eyni kənar auditor BOKT-un maliyyə təsərrüfat fəaliyyətini ardıcıl 5 ildən artıq müddətdə yoxlaya bilməz.
Eyni zamandan kənar auditorun yoxlamada iştirak edəcək əməkdaşları son 3 ildə həmin BOKT-da çalışmamalıdır.
Bundan əlavə, BOKT-lar tərəfindən hər il dekabrın 15-nə qədər kənar auditor barədə yazılı məlumatı AMB-yə təqdim etməlidir.