SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Kiberdələduzluq Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt
Azad edilmiş ərazilərdə daha 103 mina, 524 PHS aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 103 mina, 524 PHS aşkarlanıb

  • 30 iyun 2025, 11:38

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (23.06-2025-29.06.2025) məlumat açıqlanıb.

Yurd.Media Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) istinadən xəbər verir ki, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 85 piyada əleyhinə mina, 18 tank əleyhinə mina, 524 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1 350,8 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Prime Leasing