SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Avtomobillərə qənim kəsilən yol - VİDEO

Avtomobillərə qənim kəsilən yol - VİDEO

  • 19 aprel 2026, 09:38

Zığ-Şüvəlan yolunun Qala qəsəbəsi ərazisindən keçən hissəsində qəza qaçılmazdır, ya da avtomobillərin şassisi sıradan çıxır.

Yurd.Media xəbər verir ki, baxmayaraq ki, burada sürət həddi saatda 60 kilometrdir, yolun bərbad vəziyyəti sürücüləri ani manevrlərə məcbur edir. Bu isə hər an qəzaya zəmin yaradır.  

Ərazidə yaşayan sakinlər və sürücülər bildirirlər ki, bir neçə həftə əvvəl yolda təmir işlərinə başlanılıb. Buna səbəb yolun hər iki tərəfində asfalt örtüyünün tamamilə sıradan çıxması olub. Lakin təmir işləri yarımçıq qalıb.    

Sakinlərin sözlərinə görə, burada qəza halları bir dəfə yox, demək olar ki, hər gün baş verir.

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən "Xəzər Xəbər"ə bildirilib ki, işlərin gecikməsinə səbəb hava şəraitidir. İndi sürücülərin yeganə ümidi vədlərin sözdə qalmaması və sabahdan etibarən yolun həqiqətən normal vəziyyətə gətirilməsidir.

Avtomobillərə qənim kəsilən yol - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları