SÜJET

Ağ Evdə 8 avqust görüşləri Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq
Ağsuda məişət tullantıları yandıran şəxs yanğına səbəb olub

Ağsuda məişət tullantıları yandıran şəxs yanğına səbəb olub

  • 10 avqust 2025, 13:31

Avqustun 9-da Ağsu rayonunun Ərəbmehdibəy kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in mətbuat xidmətinin regional qrupundan Yurd.Media-ya bildirilib ki, araşdırmalarla yanğının kənd sakini Z.Bağırovanın məişət tullantılarını yandırarkən odla ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub. Hadisə nəticəsində biçilmiş əkin sahəsi və kol-kos yanıb.

Z.Bağırova məsuliyyətə cəlb olunub.

Prime Leasing