SÜJET

Ramazan 2026 Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Ağdaşın Kalva kənd sakinlərindən işıq və yol ilə bağlı MÜRACİƏT

Ağdaşın Kalva kənd sakinlərindən işıq və yol ilə bağlı MÜRACİƏT

Ağdaş

Ağsu rayonunun Kalva kəndində sakinlərlə görüş keçirilib.

Yurd.Media xəbər verir ki, Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Kalva kəndində səyyar qəbul keçirib. 

Səyyar qəbulda vətəndaşlar tərəfindən elektrik enerjisi ilə təchizatın yaxşılaşdırılması, Kalva kəndinin giriş avtomobil yolu boyunca təmizlik və abadlıq işlərinin görülməsi, əlillik təyin olunması, həyatyanı torpaq sahəsinin ayrılması, işlə təminat ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.

Vətəndaş müraciətlərinin bir qismi yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon  icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları