Abşeron rayonunu Yeni ilə “Nova Utopia” şirkəti bəzəyəcək.
Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, bununla bağlı Abşeron Rayon İcra Hakimiyyəti şirkəti ilə müqavilə bağlayıb.
Müqavilədə rayon ərazisinin 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə bəzədilməsi xidmətinin göstərilməsi və istifadə olunacaq mal-materiallarının satın alınması nəzərdə tutulur.
İcra hakimiyyəti bununla bağlı sözügedən şirkətə 55 min 555 manat 55 qəpik ödəniş edib.
Sifarişə müxtəlif kiçik və böyük ölçüdə ağaclar üzərində led işıqların quraşdırılması, hündürlüyü 16 metr olan Yeni il şam ağacının bəzədilməsi və s. işlər daxil edilib.
Qeyd edək ki, “Nova Utopia” şirkəti 2024-cü ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi Samirə Quliyevadır.