SÜJET
"Toplum TV" işi üzrə təqsirləndirilən Ələsgər Məmmədli, Akif Qurbanov, Ramil Babayev, Əli Zeynalov, Müşfiq Cabbarov, Fərid İsmayılov, İlkin Əmrahov, Ruslan İzzətli və Elmir Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Yurd.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrlik etdiyi prosesdə ittiham aktının bir hissəsi elan oxunub.
İttiham aktının elan olunan hissəsi Ələsgər Məmmədli və Akif Qurbanova aiddir.
Daha sonra Ələsgər Məmmədli və Ruslan İzzətlinin vəkilləri müvəkkilləri barəsində olan qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatətlə çıxış ediblər.
Məhkəmə vəsatəti təmin etməyib.