SÜJET

Qeyri-sabit hava Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Kabab yeyə bilmirəm - İlhamə Elşadqızı

"Kabab yeyə bilmirəm" - İlhamə Elşadqızı

  • 14 may 2025, 15:52
Bakı

Sosial şəbəkələrdə özünü şairə kimi təqdim edən İlhamə Əskərovanın (Elşadqızı) cinayət işinin ilk hazırlıq iclası keçirilib.

Yurd.Media xəbər verir ki, "Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəmisinin hakimi Anar Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib.

Onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən cinayət işinin məhkəmə istintaqına verilməsi ilə bağlı qərar qəbul edilib.

Daha sonra prokuror ittiham nitqi ilə çıxış edərək təqsirləndirilənə ittiham aktını elan edib.

Hakim İlhamə Əskərovanın ittiham olunduğu maddənin sanksiyası ilə onu 3 ildən 8 ilədək həbs oluna biləcəyini xatırladıb.

İlhamə Əskərova özünü təqsirli bilməyib.

Təqsirləndirilənə sərbəst ifadə üçün söz verilib:

"Mənim günahım yoxdur. Sıradan bir insan deyiləm. Bundan əlavə, xəstə ola-ola həbs edilmişəm. Öd kisəm yoxdur, kabab da yeyə bilmirəm”, - deyə o qeyd edib.

Xatırladaq ki, İlhamə Əskərovaya qarşı Cinayət Məcəlləsinin 234.1-1 (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi üzrə ittiham irəli sürülüb.

Qeyd edək ki, “TikTok” əməliyyatları çərçivəsində aparıcı Azər Zahid , Abdullayev Emin və Rəşad qardaşları və digərləri saxlanılıb. Onların barəsində həbs qərarı çıxarılıb.

İlhamə Elşadqızı aparıcı Azər Zahid tərəfindən "TikToker"lərin iştirakı ilə təşkil olunan yarışmalarda iştirakçı olub.