SÜJET
Zaqatala rayon Yuxarı Tala kəndində hər il bu ərəfələrdə sakinlər çay süfrələri açırlar, "Maxara Festivalı" keçirirlər.
Yurd.Media xəbər verir ki, ağbirçək qadınlar qonaqlara maxara bişirir.
Sakinlər "AzTV"yə deyirlər ki, maxara bir simvol kimidir, Günəşə bənzəyir. Əkin-biçin başladığına görə yaz fəslində keçirirlir və kənd birlikdə bunu həyata keçirir.
Festival vaxtı uşaqlarla yanaşı böyüklərdə birlik nümayiş etdirərək qədim adət-ənənələrimizi və keçmiş oyunları keçirərək birgə əylənirlər.
Qeyd edək ki, maxara un, yumurta və süddən hazırlanır.