SÜJET

Bank Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Kiberdələduzluq
Xalq artistinin nəşi Vətənə gətirilir, vida mərasimi Təzəpir Məscidində keçiriləcək

Xalq artistinin nəşi Vətənə gətirilir, vida mərasimi Təzəpir Məscidində keçiriləcək

  • 15 sentyabr 2025, 20:51

Sabah xalq artisti Hacı Murad Yegizarov ilə vida mərasimi Təzəpir Məscidində keçiriləcək. Daha sonra nəşi II Fəxri Xiyabanda torpağa tapşırılacaq.

Yurd.Media xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Xalq artisti Hacı Murad Yegizarovun nəşi Azərbaycan dövlətinin dəstəyi ilə sabah - 16 sentyabr 2025-ci il tarixində Vətənə gətiriləcək.

Onun cənazəsini gətirən təyyarə saat 10:40-da Bakı şəhərinə eniş edəcək.

Qeyd edək ki, Hacı Murad Yegizarov uzun illər ərzində Azərbaycan teatr və kino sənətində silinməz izlər qoyub, yaratdığı obrazlarla milli səhnə mədəniyyətimizin inkişafına töhfə verib. Onun zəngin yaradıcılığı, yüksək peşəkarlığı və sənətə bağlılığı aktyor nəsilləri üçün nümunə olaraq daim xatırlanacaq.

Prime Leasing