SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Lənkəranda “Gülşən və küpəgirən qarı” nağıl-tamaşasının PREMYERASI - FOTOREPORTAJ

Lənkəranda “Gülşən və küpəgirən qarı” nağıl-tamaşasının PREMYERASI - FOTOREPORTAJ

Lənkəranda uşaqlar üçün “Gülşən və küpəgirən qarı” nağıl-tamaşasının premyerası baş tutub.

Yurd.Media xəbər verir ki, tamaşa Lənkəran Dövlət Dram Teatrının səhnəsində tamaşaçılara təqdim olunub.

Səhnə əsəri şıltaq və şən Gülşənin macəralarından bəhs edir. O, dostları ilə birlikdə meşəyə oynamağa gedir. Nənəsinin xəbərdarlığına baxmayaraq, gizlənqaç oyunu zamanı baş verən gözlənilməz hadisə hər şeyi dəyişir. Gülşənin qarşısına çıxan sirli qüvvə onun həyatını təhlükə altına atır və hadisələr daha gərgin məcrada inkişaf edir.

Tamaşa rəngarəng səhnə həlli, dinamik süjeti və musiqi tərtibatı ilə diqqət çəkir. Səhnə boyu dostluq, cəsarət və birlik kimi dəyərlər ön plana çıxarılır. Əsər həm uşaqlar, həm də ailəvi tamaşaçılar üçün maraqlı elementlərlə zəngindir.

Qeyd edək ki, səhnə əsərinin quruluşçu rejissoru Günay Səlimsoy, rejissor köməkçisi Nuranə Nəcəfova, quruluşçu rəssamı Fuad Babazadə, geyim üzrə rəssamı Güli Süleymanlı, musiqi tərtibatçısı isə Zəminə Əliyevadır. Rolları Qızılgül Quliyeva, Şəbnəm Hüseynova, Məleykə Cəfərova, Günel Bağırova, Ayşən Əsədova, Vəfa Hacızadə, Gülər Kərimova, Aysel Babazadə, Teymur Hacızadə, Səyad Əliyev, Cəfər Səlimov və Elvin Məmmədov ifa ediblər.

FOTO: Şəhriyar Camalbəyli

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları