SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Sənətçilər Mədəniyyət Nazirliyinin əməkdaşı ilə bağlı müraciət yaydılar

Sənətçilər Mədəniyyət Nazirliyinin əməkdaşı ilə bağlı müraciət yaydılar

  • 24 noyabr 2025, 13:52

Azərbaycanın bir qrup sənət adamı Mədəniyyət Nazirliyinin əməkdaşı Mənzər Nurəliyeva ilə bağlı müraciət yayıblar.

Yurd.Media xəbər verir ki, müraciəti müğənni Nura (Aynurə) Suri, xanandə Almaxanım Əhmədli, müğənni Təranə Mahmudova, musiqiçi Şəhriyar Musayev imzalayıblar.

Onlar həyatlarına təhlükə yarandığını və buna görə Mədəniyyət Nazirliyinin Tədbirlərin təşkili şöbəsinin müdiri Mənzər Nurəliyevanın məsuliyyət daşıdığını bildiriblər:

“Mədəniyyət Nazirliyinin əməkdaşı Mənzər Nurəliyeva ilə bağlı tərəfimizdən səsləndirilmiş açıqlamalardan sonra bizim səhnə fəaliyyətimizdə, şəxsi həyatımızda və sair baş verə biləcək hər hansı neqativ hal və ya xoşagəlməz - zərər verə biləcək hadisə ilə bağlı bütün məsuliyyətin Mənzər Nurəliyevanın üzərinə düşdüyünü ictimaiyyətə bildiririk.

Qeyd edirik ki, onun müxtəlif qurumlarla geniş əlaqələrə malik olması səbəbindən ailə üzvlərimizdə narahatlıq yaranmışdır. Bu müraciət həmin narahatlığın əsaslı şəkildə qeydə alınması və mümkün risklərin əvvəlcədən qeyd olunması məqsədi daşıyır”.

Xatırladaq ki, siyahıda yer alan müğənnilər bir müddətdir ki, Mədəniyyət Nazirliyi ilə arasında baş verən mübahisələrlə gündəmdədirlər.

Prime Leasing
SPE Annual Caspian