"Həyat yoldaşımın vəziyyəti çox pisdir. Böyrəyi funksiyasını itirib".
Yurd.Media xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında hazırda xəstəxanada müalicə olunan Akademik Musiqili Teatrının aktyoru Möylə Mirzəliyevin həyat yoldaşı Nəzifə Mirzəliyeva deyib.
"Süni tənəffüs aparatına qoşuludur. Orqanlarının çoxu fəaliyyətini itirib. Səhhətində irəliyə doğru heç nə yoxdur. Bir gündən bir dializ edilir",- deyə N.Mirzəliyeva deyib.
Qeyd edək ki, Möylə Mirzəliyev bir müddətdir ki, Yeni Klinikanın Reanimasiya şöbəsinə yerləşdirilib.
O, boyun fəqərələrində spinal stenoz diaqnozu ilə özəl tibb müəssisəsində transpedikulyar fiksasiya (implant) əməliyyatı olunub.
Əməliyyat sonrası onda yuxarı və aşağı ətrafların iflici qeydə alındığından uzun müddət digər tibb müəssisəsinin reanimasiya və intensiv terapiya şöbəsində müalicə edilib.