Cənub zonasının Zeynəbi vəfat etdi

Cənub zonasının "Zeynəbi" vəfat etdi

  • 21 aprel 2025, 19:53
Cəlilabad

Cənub bölgəsinin el şənliklərinin tanınmış ifaçısı, Cəlilabad Rayon Mədəniyyət evinin solisti Minəxanım Zeynalova vəfat edib.

Bu barədə “Yurd.Media”ya onun yaxınları məlumat verib.

Bildirilib ki, M.Zeynalova bu gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Məlumata görə, o, bir müddətdir ağciyərlərində yaranmış problemlərlə əlaqədar olaraq reanimasiyaya yerləşdirilibmiş.

Qeyd edək ki, M.Zeynalova XX əsrin sonlarından etibarən Cəlilabadın, eləcə də cənub bölgəsinin el şənliklərinin populyar ifaçısı olub. O, cənub rayonlarında “Bölgənin Zeynəbi” adı ilə tanınıb.