Məşhur yazıçı vəfat edib

Məşhur yazıçı vəfat edib

  • 14 aprel 2025, 08:17

Ədəbiyyat üzrə Nobel mükafatı laureatı, peru əsilli yazıçı Mario Varqas Lyosa 89 yaşında, Limada dünyasını dəyişib.

Yurd.Media xəbər verir ki, bu barədə onun oğlu Alvaro Varqas Lyosa "X" hesabında məlumat yayıb.

"Üzüntü ilə bildiririk ki, atamız Mario Varqas Lyosa bu gün Limada ailəsinin əhatəsində sakit şəkildə vəfat edib", – yazıda deyilir.

Qeyd edək ki, Mario Varqas Lyosa Peru yazıçısı, Latın Amerikasının ən böyük müəlliflərindən biri, 2010-cu il Ədəbiyyat üzrə Nobel mükafatı laureatıdır. Onun yaradıcılığı roman, esse və pyes kimi janrları əhatə edir və tez-tez Latın Amerikasındakı siyasi və sosial vəziyyətin tənqidini özündə ehtiva edir. Onun məşhur əsərləri arasında “Şəhər və itlər”, “Keçi bayramı” və “Kafedralda söhbət” var.