Azərbaycan Dövlət Kukla Teatrının quruluşçu rejissoru Səidə Haqverdiyeva öz ərizəsi ilə işdən ayrılıb, Rəşad Əhmədzadə ilə nikaha son qoyub.
Yurd.Media xəbər verir ki, bu barədə S. Haqverdiyeva sosial şəbəkədə paylaşım edərək bildirib:
"Artıq Rəşad Əhmədzadə ilə nikahıma xitam verildi. İndi isə əziz teatrımla yollarımı ayırdım və işimdən ayrıldım. Məni 10 illik ailəmi, 15 illik peşə yolumu tərk etməyə məcbur edənlərin nəzərinə: Bundan sonra məni heç nə ilə qısnaya, psixoloji təzyiq altına ala, susdurmağa cəhd göstərə bilməyəcəksiniz. Mən başıma gələn hər şeyi açıq və aydın şəkildə yazacağam. Heç nəyi gizlətmədən. Bütün təfərrüatı ilə!"
Qeyd edək ki, bir müddət əvvəl Kukla Teatrı daxildə baş verən qalmaqalla gündəmə gəlmişdi.