Kamança musiqi alətinin dövlət standartı hazırlanacaq.
Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, milli simli musiqi alətlərinin (kamança və kamança ailəsi) texniki şərtləri ilə bağlı dövlət standartının işlənib hazırlanması və ekspertizasına başlanılır.
Məlumata görə, Mədəniyyət Nazirliyi ilə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Azərbaycan Standartlaşdırma İnstitutu arasında dövlət standartının işlənib hazırlanması ilə bağlı razılıq əldə olunub.