SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Mərkəzi Bank izafi borclanma təbili çalır, banklar isə pensiyaya 20 qat kredit verir - ARAŞDIRMA

Mərkəzi Bank izafi borclanma təbili çalır, banklar isə pensiyaya 20 qat kredit verir - ARAŞDIRMA

Ötən həftə Azərbaycan Mərkəzi Bankı (AMB) əhalinin izafi borclanmanın qarşısını almaq üçündür tədbirlər gördüyünü açıqladı. AMB baş direktoru Şahin Mahmudzadə jurnalistlərə bildirib ki, borclanma gəlirə mütənasib olmalıdır:

"Biz borclanmaya qarşı deyilik, sadəcə borclanma sağlam formada olmalıdır - 5 manat aylıq gəliri olan ayda 6 manat ödəniş etməməlidir”.

Yurd.Media-nın araşdırmasına görə, elə bu bəyanatın fonunda bankların böyükhəcimli kredit təklifləri durmadan artır.

Misal üçün, “Bank of Baku” pensiyaçılar üçün hazırladığı xüsusi kampaniya çərçivəsində təqaüd məbləğindən 20 dəfə artıq kredit təklif edir. Hesablamalara görə, əhalinin həssas qrupu olan bu insanlar təklif olunan krediti hətta 36 aylıq müddətə rəsmiləşdirdikdə aylıq ödəniş pensiyanın təxminən 75-85%-ni təşkil edir. Bu isə artıq həyat xərclərinin qarşılanmasında ciddi çətinliklərə səbəb ola bilər.

İqtisadçı ekspert Elçin Rəşidov Yurd.Media-ya bildirib ki, Mərkəzi Bankın verdiyi qərarlar problemli kreditləri azaltmaq və maliyyə sabitliyini qorumaq məqsədi daşıyır:

“AMB Bankları buna təşviq edir. Amma görünür o təşviq o qədər çox güclü işləmir. Əgər Mərkəzi Bank izafi borclanmanın qarşısını almağa çağırırsa bu artıq onu göstərir ki, kreditləşmədə ciddi risklər yaranıb. Hal hazırda bir çox kredit mütəxəssisləri banklarda çoxlu sayda riskli kreditlər verirlər”.

İqtisadçı ekspert Elçin Rəşidovİqtisadçı ekspert Elçin Rəşidov

Ekspert vurğulayıb ki, təqaüd məbləğindən 20 dəfə artıq təklif olunan kredit həm pensiyaçılar, həm də bank sistemi üçün risklidir:

“Pensiya sabit gəlirdir, amma yenə də belə bir borcun qaytarılmasında çətinlik yaşaya bilər. Bu geri qaytarılmayan kreditlər artımına səbəb olur. Mərkəzi Bankın çağırışına ziddir, amma hüquqi baxımdan qadağa edilmədiyi üçün bu mümkündür. Mümkün olduğuna görə, banklar tərəfindən də həyata keçirilir. Makro-iqtisadi və potensial baxımdan isə düzgün deyil".

Məsələ ilə bağlı Yurd.Media-nın sorğusuna cavab olaraq “Bank of Baku”dan təklif olunan kampaniyada qanun pozuntusunun olmadığını bildiriblər:

“Pensiya alan şəxslərə istehlak kreditləri Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, “Banklar haqqında Azərbaycan Respublikası Qanunu”nun və Azərbaycan Respublikasının Mərkəzi Bankının normativ sənədlərinin tələblərinə əsasən rəsmiləşdirildiyi üçün izafi borclanmaya səbəb olmur”.

Prime Leasing