Bundan sonra maliyyə sektorunda çalışanlar Azərbaycan Mərkəzi Bankının (AMB) qəbul etdiyi “Etik və peşəkar davranış Kodeksi”nə əməl etməli olacaqlar.
Bu barədə Yurd.Media-ya AMB-dən bildirilib.
Məlumata görə, kodeks "2024–2026-cı illər üçün Maliyyə sektorunun inkişafı strategiyası" çərçivəsində hazırlanıb.
Məqsəd maliyyəçilərin peşəkarlığını artırmaq, etik davranış standartlarını vahidləşdirməkdir.
Sənəd maliyyə sektoru üzrə çalışan bütün peşəkarlar üçün vahid davranış çərçivəsi formalaşdıraraq etik prinsiplərə əməl edilməsində etibarlı istinad mənbəyi yaradır.
Sənəd nəzarət subyektləri tərəfindən mövcud daxili kodekslərin təkmilləşdirilməsi, eyni zamanda yeni daxili kodekslərin yaradılması üçün institusional dəstək rolunu oynayır.