Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda su nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə 2,2 milyon manat sığorta haqqı toplanılıb.
Bu barədə Yurd.Media-ya Azərbaycan Mərkəzi Bankından bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 140 dəfə çoxdur.
Son 1 ildə bu sığorta növü üzrə ödəniş olmayıb.