SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi
Azərbaycanın 5 sığorta şirkəti geriləyib – SİYAHI

Azərbaycanın 5 sığorta şirkəti geriləyib – SİYAHI

  • 26 dekabr 2025, 12:53

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda fəaliyyət göstərən 16 sığorta şirkətindən 5-nin yığımları ötən ilin eyni dövrü ilə müqayisədə az olub.

Yurd.Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı sığorta icmalında bildirilir.

Sənədə əsasən, həmin şirkətlər “Atəşgah Sığorta”, “Azsığorta”, “İpək Yolu Sığorta”, “Meqa Sığorta” və “Qala Sığorta” ASC-lərdir.

Qalan 11 sığorta şirkəti isə yığımlarını artıra bilib.

Son 1 ildə sığorta ödənişləri də 16 şirkətdən 5-də azalıb. Bunlar, “A-Qrup Sığorta”, “İpək Yolu Sığorta”, “PAŞA Sığorta”, “Qala Həyat Sığorta” və “Xalq Həyat Sığorta” ASC-lərdir.

Qalan 11 şirkətin ödənişləri artıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları