Bu ilin yanvar-may aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 16 365,7 milyon manat, xərcləri isə 13 375,2 milyon manat təşkil edib.
Bu barədə Yurd.Media-ya Maliyyə Nazirliyindən bildirilib.
Məlumata görə, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4,5% az və 2,3% azdır.
5 ay ərzində büdcə gəlirləri və xərcləri proqnozdan müvafiq olaraq 1,6% çox və 3,4% az icra edilib.
Son nəticədə dövlət büdcəsindəə 2 990,5 milyon manat profisit yaranıb. Bu isə 1 il əvvələ nisbətən 13,2 % azdır.