“CPM-İnvest İnvestisiya Şirkəti” ASC 2026-cı ilin I yarısının yekunları ilə bağlı maliyyə hesabatını açıqlayıb.
Yurd.Media xəbər verir ki, maliyyə qurumu yanvar-iyun aylarında 1,1 milyon manat xalis mənfəət əldə edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə çoxdur.
Bu il iyulun əvvəlinə “CPM-İnvest”in aktivləri ötən il iyulun əvvəlinə nisbətən 5,5 dəfə çox –14,3 milyon manat təşkil edib. İnvestisiya şirkətinin öhdəlikləri 12,4 milyon manat (13,8 dəfə çox), balans kapitalı isə 1,9 milyon manat (təxminən 12% çox), o cümlədən nizamnamə kapitalı 0,8 milyon manat (dəyişməyib) olub.