SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Bank VTB Azərbaycanın xalis mənfəəti 2 dəfə azalıb

"Bank VTB Azərbaycan"ın xalis mənfəəti 2 dəfə azalıb

  • 14 aprel 2026, 16:38

"Bank VTB Azərbaycan" ASC bu ilin I rübünün yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Yurd.Media xəbər verir ki, bank yanvar-mart aylarında 1,7 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 2 dəfə azdır.

Bu il aprelin əvvəlinə "Bank VTB Azərbaycan"ın aktivləri ötən il aprelin əvvəlinə nisbətən 7,1% az - 324 milyon manat, o cümlədən xalis kredit portfeli 6,6% çox - 220,6 milyon manat təşkil edib.

Bankın öhdəlikləri 212,1 milyon manat (13% az), o cümlədən depozit portfeli 108,6 milyon manat (15,4% az), balans kapitalı isə 111,9 milyon manat (6,8% çox), o cümlədən nizamnamə kapitalı 315,8 milyon manat (dəyişməyib) olub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları